"Biz hər oyundan əvvəl hansı tədbirləri görürüksə, bu dəfə də onu edəcəyik. Şükürlər olsun ki, Azərbaycanda indiyədək hər hansı təxribat olmayıb".
Bu sözləri Qol.az-a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov Avropa Liqasının qrup mərhələsində APOEL-lə keçiriləcək görüşün hazırlıqları ilə bağlı danışarkən deyib.
O, Kipr təmsilçisi ilə Bakıda və Nikosiyadakı oyunlarda baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyini bildirib:
"Əlbəttə, APOEL-lə danışmışıq. "Düdelanj"la Lüksemburqdakı oyunlarda baş verənlərdən APOEL-in də xəbəri var, "Sevilya"nın da. Bakıya yüzə yaxın APOEL azarkeşi gələcək. Bizim APOEL-lə münasibətlərimiz yüksək səviyyədədir, heç bir problem yoxdur. İstər Bakıdakı, istərsə də Nikosiyadakı görüşdə ola biləcək hansısa xoşagəlməz olayın qarşısı alınacaq".
UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Düdelanj" - "Qarabağ" oyununda baş verən erməni təxribatı ilə məsələyə sabah baxacaq. A.Əsgərov Lüksemburq təmsilçisinə təhlükəsizliyi düzgün təmin etmədiyi üçün veriləcək cəza haqda bunları deyib: "UEFA-nın yanaşmasından çox şey asılıdır. Təbii ki, cəza olacaq, ancaq məsələyə hansı baxımdan yanaşılacaq, necə qərar veriləcək, bu maraqlıdır. Gəlin, tələsməyək, qərarı gözləyək".
Növbəti dəfə Avropa Klublar Birliyinin işçi qrupunun üzvü seçilən Asif Əsgərov qurumda "Düdelanj"la oyundakı erməni təxribatı və bu kimi məsələləri müzakirəyə çıxaracağını qeyd edib: "Avropa Klublar Birliyinin yeni iclası noyabrın 13-də Milanda keçiriləcək. İlk iclasda yeni seçilənlərlə tanışlıq olacaq. Ancaq növbəti iclaslarda təbii ki, bu məsələlər müzakirə olunacaq".
Qeyd edək ki, APOEL-lə "Qarabağ" arasında oyunlar oktyabrın 24-də Bakıda, noyabrın 7-də isə Nikosiyada keçiriləcək.
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək
Premyer Liqa klubunda yeni müqavilə
"Çempionatın səviyyəsi artıb" - "Turan Tovuz"un legioneri
Futzal millimizin heyəti açıqlandı
Qurban Qurbanovun haqlı narazılığı - Video
"Seltik" Brendan Rocersi istefaya göndərdi
Taliskadan 2 gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
“Kəpəz” legioneri ilə yollarını ayırıb
Qazaxıstan millisinin sabiq qapıçısı vəfat edib
Superliqada 10-cu tura yekun vuruldu
“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb - Rusiya mətbuatı
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi