Hollandiyalı referi millimizdən üzr istədi

Hollandiyalı referi millimizdən üzr istədi
XƏBƏR 14 Oktyabr 2019 / 00:03 9189
-  A +

Macarıstan və Azərbaycan yığmaları arasındakı Avro-2020-nin seçmə qrup matçının baş hakimi Dennis Higler səhvini etiraf edib.

Qol.az xəbər verir ki, hollandiyalı referi Azərbaycan millisinin təmiz qolunu saymadığı üçün üzr istəyib.

O, qarşılaşmanın ardından mübahisəli epizodun videosuna baxdıqdan sonra baş məşqçi Nikola Yurçeviçə yaxınlaşıb. Higler Bəhlul Mustafazadənin qolunu saymamaqla səhvə yol verdiyini boynuna alıb və üzrxahlığını çatdırıb.

Qeyd edək ki, görüş Macarıstanın qələbəsi ilə yekunlaşıb - 1:0.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı