"Azərbaycanla bağlı təəssüratım çox yaxşıdır. Azərbaycana gəlməsəniz, burada nəyin baş verdiyini başa düşə bilmərsiniz. Bir həqiqəti deyim ki, bura ilə bağlı ağlımda tamam başqa fikirlər var idi, ancaq hamısı dəyişdi".
Qol.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin futbolçusu Anastasios Papazoqlu gazzetta.gr saytına müsahibəsində deyib.
O, Bakının gözəl şəhər olduğunu söyləyib: "Burada olduğum üçün çox şanslıyam. Həyat keyfiyyəti çox yaxşıdır. Hər yerdə inkişaf var. Belə davam edərsə, 4-5 il sonra Bakının Dubaya çeviriləcəyini düşünürəm".
31 yaşlı müdafiəçi bildirib ki, ilk andan Bakıdakı insanlar onu rahat hiss etdiriblər: Hər gün mənə hər şeydə kömək edirlər. Deyə bilərəm ki, asanlıqla uyğunlaşdım. Çox gözəl insanları var".
Papazoqlu Azərbaycan çempionatının səviyyəsi barədə verilən sualı belə cavablandırıb: "Bura Yunanıstandan fərqlidir. Ancaq səviyyə daim yüksəlir. Yunanıstanda zəif olan təşkilatçılıq burada yaxşıdır".
O, şəxsi hədəfi barədə bunları deyib: "Hədəfim komandanın çempionatı ilk "dördlük"də başa vurmasına kömək etməkdir. Buna görə komandaya gəldim. Avropada çıxış etmək istəyirik. Komandanın və mənim məqsədim budur".
Yunanıstanlı müdafiəçi Yunanıstana qayıtmağı düşünmədəyini vurğulayıb: " Bu, mənim planlarımda yoxdur. Ancaq gələcəkdə nələrin baş verə biləcəyini heç vaxt bilmirsən".
Qeyd edək ki, Anastasios Papazoqlu bu ilin yayında "Zirə" ilə bir illik müqavilə imzalayıb.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar
Türkiyənin İspaniya ilə heç-heçəsi - Video
Kriştiano Ronaldo Ağ Evdə ziyafətdə - Şəkillər