Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsindəki rəqibi Uelsin baş məşqçisi Rayan Giqqz komandasının son vəziyyəti haqqında danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, yığmanın hücumçusu Qaret Beyl barədə də fikirlərini bildirib.
“Beyl bütün futbolçular kimi daha çox oynamaq istəyir. Hücumçumuz ötən ay keçirilən seçmə oyununda Azərbaycanın qapısına qələbə qolumuzu vurmuşdu. Q.Beyl millisində əvəzolunmaz mövqeyə malik ən yaxşı futbolçumuzdur. Son vaxtlar millinin kapitanına çevrilib. Bizim üçün böyük futbolçu olması açıq-aydın görünür”.
Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsinin 5-ci turunda Uels Azərbaycana 2:1 hesabı ilə qalib gəlib.
Manuel Akanji "İnter"də
"Milan" Fransa millisinin üzvünü transfer etdi
Marko Asensio "Fənərbaxça"da - Rəsmi
Millimiz DÇ-2026 matçları üçün məşqə çıxdı - Şəkillər
Gürcüstan millisinin üzvü La Liqa klubunda
"Sabah” - “İmişli” oyununda xüsusi qonaq
"Yuventus"dan "Atletiko"ya
"Liverpul"dan yeni transfer
PSJ-nin futbolçusu "Tottenhem"də
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
Viktor Lindelöf "Aston Villa"da - Rəsmi
Azərbaycan klubundan Mozambik millisinə çağırıldı
Aleksis Sançes La Liqa klubuna keçir