Buffon Maldininin rekordunu yenilədi

Buffon Maldininin rekordunu yenilədi
DÜNYA FUTBOLU 29 Sentyabr 2019 / 19:20 2604
-  A +

İtaliya A Seriyasının 6-cı turunda SPAL-a oyun (2:0) “Yuventus”un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 41 yaşlı qolkiper  klub səviyyəsində 903-cü oyununa çıxıb. Bununla da o, klub səviyyəsində ən çox oyun keçirən italiyalı futbolçu olub.

İndiyədək bu rekord bütün karyerası ərzində yalnız “Milan”da çıxış edən və 902 oyun keçirən Paolo Maldiniyə məxsus idi.

Buffon “Parma”da 220, “Yuventus”da 658, PSJ-də isə 25 oyun keçirib.

Son xəbərlər