Emilin növbəti oyunu və qələbə

Emilin növbəti oyunu və qələbə
XƏBƏR 22 Sentyabr 2019 / 16:17 4959
-  A +

Millimizin qapıçısı Emil Balayevin klubu “Tobol” Qazaxıstan Premyer Liqasının 27-ci turunda qələbə qazanıb.

Qol.az-ın məlumatın görə, “Tobol” Karaqandada “Şaxtyor”u 1:0 hesabı ilə məğlub edib. Emil əvvəlki görüşlərdə olduğu kimi start heyətdə yer alıb və 90 dəqiqə meydanda olub.

Bu qələbə sayəsində “Tobol” 58 xalla liderliyini qorumaqda davam edir.


Son xəbərlər