Son 25 ilin ən uğursuz startı - "Barselona"nın acınacaqlı statistikası

Son 25 ilin ən uğursuz startı - "Barselona"nın acınacaqlı statistikası
DÜNYA FUTBOLU 22 Sentyabr 2019 / 09:22 6512
-  A +

La Liqanın 5-ci turunda “Barselona” səfərdə “Qranada”ya uduzub (0:2).

Qol.az xəbər verir ki, Ernesto Valverdenin komandası 5 turda 7 xal toplayıb. Bu, son 25 ildə Kataloniya təmsilçisinin ən uğursuz startıdır. Son dəfə 1994/95 mövsümündə onlar 5 oyuna 7 xal yığmışdılar.

Qeyd edək ki, hazırda "Barselona" turnir cədvəlində 7-ci yerdədir.

Daha bir acınacaqlı statistika odur ki, "Qranada" ilə görüşdə "Barselona"nın qapıya vurulan səkkiz zərbəsindən cəmi biri çərçivəyə gedib. Bundan başqa, komanda bütün turnirlərdə artıq 7 səfər matçında qalib gələ bilmir. Son dəfə bu ilin aprelində "Selta"yla rəqib meydanındakı görüşdə qələbə qazanılıb (2:0).


Son xəbərlər