"Hava şəraitini özünüz gördünüz. Belə oynamaq, həqiqətən də, çətin idi. Evdə oynayırdıq, ardıcıl 3 matçda uduzduğumuzdan, üzərimizdə təzyiq var idi. Bu oyunda qalib gəlməli idik. Sevinirik ki, bunu bacardıq. Vacib olanı 3 xal idi, onu da əldə etdik".
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın futbolçusu Amil Yunanov Azərbaycan Premyer Liqasının 5-ci turunda evdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Bugünkü matçda bəhanə etmirəm, amma hava şəraiti elə idi ki, epizodları tutmaq çətin idi. Bu görüşdə yalnız döyüşmək lazım idi. Komanda şəklində bunu etdik və vacib qolu vuraraq, qələbə qazandıq" - deyə o bildirib.
A.Yunanov "Keşlə" karyerasının onu geriyə atdığını da söyləyib: "Əlbəttə, geri atdı. Daha əvvəlki mövsüm "Sumqayıt"ın heyətində bir mövsüm ərzində 14 qol vurmuşdum. "Keşlə"də isə bir ara yaxşı olsa da, sonluğa doğru alınmadı. Az şans qazanır, son qarşılaşmalarda çıxış etmir, demək olar ki, ehtiyatda qalırdım. Bu da oyunuma təsirini göstərdi və məni bir qədər geri atdı. "Sumqayıt"a qayıtdıqdan sonra təlim-məşq toplanışını çətin keçdim. İndi isə yavaş-yavaş yaxşılığa doğru gedirəm. Çalışıram ki, daha yaxşı olum. Əvvəllər də çıxış etdiyim kimi formada olmadığımı anlayıram. Çətin vəziyyətdən çıxacağıma və hər şeyin yaxşı olacağına inanıram".
O, növbəti tur qarşılaşacaqları "Qarabağ"ı Azərbaycanın ən güclü komandası olduğunu bildirib% "Bu komandaya qarşı istər-istəməz daha motivasiyalı çıxış edirsən. "Qarabağ", "Neftçi" kimi güclü kollektivlərlə oynamağı xoşlayıram. Bu, özümüz üçün də yaxşıdı. Səfərdə çıxış etməyimizə baxmayaraq, xal qazanmağa çalışacağıq. Hərçənd, "Qarabağ" da bütün komandalar kimi, öz meydanında yaxşı çıxış edir".
Ali Koç Ərdoğanın qəbulunda
"Qaradağ Lökbatan" "Bakı Sportinq"ə belə qalib gəldi - Video
Qrizmann gələcəyi ilə bağlı qərar verdi
Terimin qələbə seriyası qırıldı
"Difai"nin qələbəsindən - Video
"İnter" danışıqlara başladı, "Bavariya" da maraqlanır
ÇL-də həftənin rəmzi komandası açıqlandı
"Cəbrayıl"ın "Mingəçevir" üzərində qələbəsindən - Video
“Qarabağ”la “Fulhem”in U-15-lərinin oyunu keçirildi
Bu mövsüm Çempionlar Liqasında 100 milyon qazanıblar
"Cəbrayıl"dan qələbə, "Zaqatala" uduzdu
Türkiyə Superliqasında klub sayı azaldıldı
Müllerlə bu klub danışıq aparır
Neymar niyə ağladı? - Şəkil
"Real"da ÇL oyununa ən çox çıxan futbolçu oldu
"Sabah" “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı
"Liverpul" Van Deyklə müqaviləni uzatdı - Rəsmi
Kadidən “Neftçi” ilə oyuna görə çağırış
"Qarabağ"ın sabiq hücumçusu bu kluba keçdi
Keyn: "İstənilən komandaya qalib gələ bilərik"
Martines "İnter"in tarixinə düşdü
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avrokubokların oyunları bu kanallarda
Ronaldonun rekordu qırıldı
Ançelottidən vidasayağı sözlər
"Arsenal"ın Madriddəki qələbəsi - Video
Müller Messiyə çatdı
5 qol vuruldu, "Füzuli" qalib gəldi - Video
ABŞ klubu De Brüyneni hədəflədi
Cəfərovdan poker, "Şəmkir"dən 6 qol - Video
2-ci Liqada tura yekun vuruldu
Türkiyə kubokunda final matçının məkanı açıqlandı
Klopp məşqçilik karyerasını bərpa edir?
Keyn Neymar və Balotellidən ilhamlanıb
"Barselona"nın rəsmisindən Mbappe ilə bağlı qərara etiraz
"Bu futbolçulara inanıram" - Aqil Nəbiyev
Qrizmannın qərarı bilindi
Ançelotti: "Mən Ronaldo kimi futbolçu görməmişəm"
Aron Bupendzanın faciəvi ölümü
"Qarabağ" "Azərsun Arena"ya qayıdır
"Sabah"ın U-13 komandası "Mançester Siti" ilə eyni turnirdə
Azərbaycan millisi Gürcüstana qalib gəldi
Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya edildi