Beqoviçin əlcəyi satışa çıxarıldı

Beqoviçin əlcəyi satışa çıxarıldı
XƏBƏR 21 Sentyabr 2019 / 13:04 4936
-  A +

“Qarabağ”ın qapıçısı Asmir Beqoviçin əlcəyi hərraca çıxarılıb.

Qol.az xəbər verir ki, bu haqda Bosniya və Hersoqovina mətbuatı məlumat yayıb.
Əlcəyi internetdəki ən böyük alış-veriş saytı olan “Ebay”dan almaq mümkündür. Əlcəyə 35 dollar start qiyməti qoyulub.

“AB1GK” brendi ilə bosniyalı qolkiperin öz imzası ilə hədiyyə etdiyi əlcəyi satışa çıxaran şəxs əldə olunacaq gəlirin tam olaraq xeyriyyə məqsədilə xərclənəcəyini qeyd edib.

 

Daha çox


Son xəbərlər