Nazarov 66 dəqiqə oynadı

Nazarov 66 dəqiqə oynadı
XƏBƏR 15 Sentyabr 2019 / 20:21 1527
-  A +

Almaniya 2-ci Bundesliqasında 6-cı turun oyunları keçirilib. 

Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Osnabryuk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Nazarov start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, 6 turdan sonra 11 xalı olan Aue təmsilçisi 18 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı