“Komanda məndə xoş təəssürat oyadır. Onlar məni çox xoş qarşıladılar. Əminəm ki, əla mövsüm keçirəcəyik”.
Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Eddi İsrafilov deyib. O, İspaniya Sequndasında çıxış edən "Albasete"də debüt matçından danışıb. İsrafilov klubun saytına açıqlamasında bunları bildirib:
“Qalib gəlmək olduqca yaxşı hissdir. Uzun müddət oyuna çıxmadığım üçün özümü yorğun hiss edirdim. İkinci Liqa uzun olacaq. Əsas olan qələbə qazanmaqdır. İkinci divizion olduqca çətindir. Əgər biz bütün imkanlarımızı birləşdirsək, daha yaxşısını edə bilərik. Burda yeniyik və komandayla çox nəticə qazanacağıq”.
Eddi komandasındakı vəziyyətdən danışıb: “Mənə dəstək olurlar, motivasiya verirlər. Əminəm ki, çox yaxşı mövsüm olacaq. Yaxşı komandam var. Bir gün qalib gəldiyin halda, növbəti gün məğlub olursan. 4 oyundan sonra 6 xal qazanmaq komanda üçün yaxşı başlanğıcdır”.
Komandanın yeni üzvü növbəti tur doğma meydanda keçiriləcək “Tenerife” ilə matç barəsində fikirlərini bildirib: “Görünən odur ki, “Tenerife”yə qarşı çətin oyun olacaq. Onlar top saxlamağı bacarırlar. Mən uzun illərdir İspaniya Sequndasında çıxış etmişəm. Burada autsayder aldadıcı amildir və ilk pillədəki rəqibini məğlub edə bilir. “Tenerife” yaxşı rəqibdir. Bununla biz topa nəzarət etməli, matçı qazanmalıyıq. Biz uduza bilmərik. Burada özümü yaxşı hiss edirəm. Komandada heç kəs istirahət edə bilmir. Mövqe üçün mübarizə aparmalısan. Məşqçi sonda buna qərar verməlidir. Mən onun sərəncamındayam. Burada böyük rəqabət var”.
Qeyd edək ki, İspaniya Sequndasında çıxış edən “Albasete” 4 oyundan sonra 6 xal toplayıb və 22 komanda arasında 8-ci yerdədir.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?