“Çox istəkli idik. Qol buraxdıqdan sonra da uşaqlara ruhdan düşməməyi, heç nəyin bitmədiyini, sona qədər oynamağın vacib olduğunu bildirdim. Uşaqlar da özlərinə inanırdılar. Nəticədə qələbə topunu vurduq. Bunu bacaracağımıza heç şübhə də etmirdim".
Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avro-2021-in seçmə mərhələsində evdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, birinci hissədə daha yaxşı oynadıqlarını bildirib: "İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini gözləyirdik. Fərid Nəbiyevin əvəzlənməsi zədə ilə deyil, taktiki dəyişikliklə bağlı idi. Onun hazırda yaxşı formada olduğunu qeyd edə bilərəm. Unutmayaq ki, bizim 4 gündən sonra daha bir rəsmi görüşümüz var. Əlbəttə, Gürcüstanla oyuna qədər optimal formada olacağımıza inanıram. Adətən bu cür oyundan və qələbədən sonra növbəti qarşılaşmaya daha tez bərpa olursan. Gürcüstan haqda tam məlumata sahibəm. Onların son 8 oyununu izləmişəm”.
“Beşiktaş”da şok itki
Slot Salahı müdafiə etdi
İslamiadada Azərbaycanı onlar təmsil edəcək
“Liverpul”un müdafiəçisi sıradan çıxdı
Lennart Karl Musialanı geridə qoydu
Lionel Messi “İnter Mayami”də qalacaq - Rəsmi
Merih Demiral “Fənərbaxça”ya qayıda bilər
NBA çempionu həbs edildi
Çempionlar Liqasında həftənin ən yaxşısı o seçildi
Arda Güler: “Bellinqemlə birgə oynamaq böyük zövqdür”
Güləşçimiz bürünc medal görüşünə vəsiqə qazandı
“Barselona”da “El-Klasiko” öncəsi iki itki
Keyn Droqbanı geridə qoydu
1-ci liqa: Liderlərin oyununda 4 qol
Hamşikin oğlu "Kopenhagen"də
Azərbaycandan ayrılıb Gürcüstan klubuna keçdi
Daha 3 boksçumuz yarımfinalda - Avropa çempionatı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı