Azərbaycan - Xorvatiya: Hakimlər açıqlandı

Azərbaycan - Xorvatiya: Hakimlər açıqlandı
XƏBƏR 6 Sentyabr 2019 / 13:33 3034
-  A +

Avro-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya oyununun hakimləri açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı isveçrəli hakimlər briqadası idarə edəcək.
 
Görüşün baş hakimi Sandro Şerer olacaq. Ona yan xətdə həmyerliləri Stefab De Almeyda və Sladan Josipovic kömək edəcək. Fedayi San isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Son xəbərlər