"Qarabağ"ın hədəfinə çatacağına inanıram" - Çumbinyo

"Qarabağ"ın hədəfinə çatacağına inanıram" - Çumbinyo
XƏBƏR 4 Sentyabr 2019 / 20:20 10643
-  A +

Braziliya "Yuventude"sinin futbolçusu Çumbinyo sabiq klubu "Qarabağ" haqda danışıb.

Qol.az-ın Braziliya mətbuatına istinadən yaydığı xəbərə görə, o,  Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına sevindiyini deyib: "Bu komanda tez-tez Avropa yarışlarında çıxış edir və bu, vacibdir. Bu il düşdükləri qrup olduqca çətindir. APOEL, "Sevilya" və "Düdelanj"la matçlar asan olmayacaq. Çünki bütün komandalar yaxşı və güclüdür. "Qarabağ" da güclü komandadır və sona qədər hər bir rəqiblə mübarizə aparacaq. Keçmiş komandamın hədəfinə çatacağına inanıram".

Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"da oynayıb.


Son xəbərlər