“Hər şey tez başa verdi. Seçim etmək üçün o qədər də çox vaxtım yox idi. Azərbaycanı və "Qarabağ"ı yaxşı tanıyan insanlarla danışdım".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Asmir Beqoviç "Qarabağ"a keçidi haqda danışarkən deyib.
Bosniyalı qapıçı ölkəsinin mətbuatına müsahibəsində “niyə məhz “Qarabağ”da oynamağı seçdin?” sualını belə cavablandırıb: “Meydana çıxmaq istəyirəm. Bu baxımdan “Qarabağ” mənimçün ən yaxşı seçim idi. Bu komanda ənənələrinə sadiq, yerli çempionatda daim mübarizə aparan klubdur. Həmçinin, onlar beynəlxalq arenada da özlərini yaxşı tərəfdən göstərirlər. Bu mövsüm Avropa Liqasının qrup mərhələsində oynayacaqlar, seçimimin başqa bir səbəbi də budur. Yanvara qədər mən vacib matçlarda meydana çıxacam və bu xeyrimə olacaq.
"Qarabağ" çox ciddi komandadır, Bakı yüksək mədəniyyətə sahib inkişaf etmiş, gözəl şəhərdir. “Qarabağ”ın Avropa Liqasında keçirdiyi oyunlara baxdım. Mənə elə gəlir ki, komandam haqqında ümumi olaraq çox şey bilirəm. Əsas odur ki, yaxşı komandada oynayacağımı dərk edirəm. Sentyabrın 5-dən "Qarabağ"a qoşulacam”.
Beqoviç “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını da dəyərləndirib: “Onların “Linfild”lə matçlarını izlədim. Çətin oyun olsa da, qrup mərhələsinə vəsiqə qazana bildilər. Düşdükləri qrup elə də asan deyil. “Sevilya” haqqında danışmağa ehtiyac yoxdur, onların gücü hamıya bəllidir. APOEL Çempionlar Liqasının pley-offunda “Ayaks”a əziyyət verə bilmişdi. Və daha az təcrübəyə malik olan “Düdelanj”. Bununla belə düşünürəm ki, “Qarabağ” bütün rəqiblərinin öhdəsindən gələ bilər”.
Milli komandadakı durumu haqqında danışan Beqoviç “Qarabağ”da keçirəcəyi oyunların yığmadakı yerinə təsir edəcəyini diqqətə çatdırıb: “Mən həmişə milli komandaya kömək etməyə hazıram. Heç vaxt yığmadan əlimi üzmərəm. Əgər “Qarabağ”da müntəzəm olaraq meydana çıxsam və baxımlı oyun sərgiləsəm, ola bilsin ki, bu, yığmadakı mövqeyimə təsir etdi. Bu barədə milli komanda ilə söhbətimiz olmayıb. Bununla belə, mənə ehtiyac duyulduğu təqdirdə, onların yanında olmağa hazıram”.
Qeyd edək ki, “Qarabağ” Asmir Beqoviçi İngiltərə Premyer Liqa təmsilçisi olan “Bornmut”dan 4 aylıq icarəyə götürüb.
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı
Kukurelya La Liqaya qayıda bilər
"Qalatasaray" 3 futbolçusu ilə yollarını ayırır
İbrahimoviçdən Olimpiya mesajı gəldi
“İmişli” - “Karvan-Yevlax” matçından - Video
"Bavariya"nın kapitanı sıradan çıxdı
Komanda ardıcıl uduzdu, baş məşqçi istefaya göndərildi
"Neftçi" - "Sumqayıt": Heyətlər
Tanınmış futbolçu təyyarədə kobudluq etdi - Video
Saatlıda 5, Şəmkirdə 1 qol, Lökbatanda oyun baş tutmadı
"Bavariya" Noyeri itirdi
"Matçın ədalətli nəticəsi bərabərlik idi" - Füzuli Məmmədov
"Milan"da yeni müqavilə
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
"Sumqayıt"ın legioneri milliyə çağırıldı
"İmişli" - "Karvan Yevlax": Heyətlər
"Qarabağ" qışda yeni transferlər edəcək? - Açıqlama
"Biz yıxılarıq, durarıq, amma sınmarıq" - Qurban Qurbanov
"Liverpul" danışıqlara başladı
Qurban Qurbanova ilin məşqçisi mükafatı təqdim edilib
Messinin rekordunu qırdı
Azərbaycan çempionatlarında tarixi oyun
Zubirin yubiley oyunu
Toral Bayramov üçün əlamətdar matç
Əvvəl “Qarabağ”a qalib gəldilər, sonra “Feyenoord”a
"Trabzonspor" - "Beşiktaş" matçında 6 qol - Video
Zamiq oynadı, komandası qalib gəldi
"Bavariya" autsayderlə oyunda xal itirdi - Video
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi