"Fənərbaxça"da yeni hücumçu - rəsmi

"Fənərbaxça"da yeni hücumçu - rəsmi
DÜNYA FUTBOLU 30 Avqust 2019 / 21:47 5849
-  A +

"Fənərbaxça" növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Mevlut Erdinçlə 2 illik müqavilə imzalanıb. 32 yaşlı hücumçu "Fənərbaxça"ya azad agent kimi keçib.

Qeyd edək ki, M.Erdinç bu yay "Başakşəhər"dən ayrılıb. O, ötən mövsüm icarə əsasında "Antalyaspor"da oynayıb.


Son xəbərlər