"Yuventus"un ulduzu zədələndi - millimizlə oyunu buraxır

"Yuventus"un ulduzu zədələndi - millimizlə oyunu buraxır
XƏBƏR 27 Avqust 2019 / 16:44 3953
-  A +

Uels millisinin və "Yuventus"un futbolçusu Aaron Remzi  Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla rəsmi oyunu və Belarusla  yoxlama matçını buraxmalı olacaq.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb. "Yuventus"un yarımmüdafiəçisinin əvəzinə milliyə U-21 yığmasının üzvü Dilan Levitt çağırılıb.

Qeyd edək ki, Uels sentyabrın 6-ı  Azərbaycanı qəbul edəcək. Komanda 4 gün sonra Belarusla yoxlama görüşü keçirəcək.

Daha çox


Son xəbərlər