“Mançester Yunayted”in sabiq hücumçusu Erik Kantona "UEFA Prezident Mükafatı-2019"a layiq görülüb.
Qol.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Bu mükafat yüksək nailliyət, peşəkarlıq və şəxsi keyfiyyətlərə görə verilir.
“Qırmızı şeytanlar”ın əfsanəvi oyunçularından hesab olunan Erik Kantona klubda keçirdiyi oyunlarda 64 qol vurub. İngiltərə təmsilçisinin heyətində 4 dəfə Premyer Liqanın qalibi olub.
UEFA Prezidenti Aleksandr Çeferin 53 yaşlı sabiq futbolçu barədə bu sözləri deyib: “O, UEFA mükafatına təkcə oyunçu keyfiyyətlərinə görə yox, həmçinin şəxsi keyfiyyətlərinə görə də layiq görülür”.
Qeyd edək ki, fransalı Erik Kantonaya bu mükafat 29 avqust Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi zamanı təqdim olunacaq.
100-cü oyun
“Azərsun Arena”da qol səssizliyi - Video
“Real” - “Barselona” oyununda qalmaqal - Şəkil
“El-Klasiko”da 3 qol vuruldu
Ayxan Abbasov: "Qarabağ"a qarşı çəkinmədən mübarizə apardıq"
“Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
Abubakardan Azərbaycandakı debütü ilə bağlı - İlk açıqlama
Samir Abasovdan qələbə şərhi
"Sabah"ın U-12 komandası Türkiyədə çempion oldu
“Qarabağ” - “Şamaxı”: heyətlər
Qazaxıstanda çempion son turda müəyyənləşdi
“Bavariya”dan əsrin rekordu
Qadın futbolunda yeni mərhələ başlayır
“Gəncənin futbol əfsanələri” şurası yaradılıb
Ababukar bu gün Azərbaycanda debüt edə bilər
"Qəbələ" - "Neftçi": Heyətlər