Xorvatiya millisində itki - yığmamızla oyunu buraxacaq

Xorvatiya millisində itki -  yığmamızla oyunu buraxacaq
XƏBƏR 26 Avqust 2019 / 16:31 2061
-  A +

Avro-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan Xorvatiya yığması itki ilə üzləşib.

Qol.az xəbər verir ki, Andrey Kramariç zədələnib. "Hoffenhaym"ın hücumçusu sağ dizindən zədə alıb. Klubun rəsmi Tvitter səhifəsi futbolçunun yaxın günlərdə əməliyyat olunacağını açıqlayıb.

Bu isə o deməkdir ki, 28 yaşlı forvard sentyabrın 9-da Bakıda millimizlə keçiriləcək görüşü buraxacaq.

Son xəbərlər