"Səbail"in yeni transferi uzun müddətə sıradan çıxdı

"Səbail"in yeni transferi uzun müddətə sıradan çıxdı
XƏBƏR 23 Avqust 2019 / 10:49 2770
-  A +

"Səbail"in futbolçusu Eriko Da Silva uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının 1-ci turunda  "Zirə"yə qarşı oyunda (1:0) zədələnən braziliyalı yarımmüdafiəçinin 3 aydan 5 ayadək oynamayacağı bildirilib.

Qeyd edək ki, “Səbail” Eriko da Silvanı yay fasiləsində heyətinə qatıb.

 


Son xəbərlər