"Qalatasaray" yunan hücumçu ilə yolları ayırdı - rəsmi

"Qalatasaray" yunan hücumçu ilə yolları ayırdı - rəsmi
DÜNYA FUTBOLU 22 Avqust 2019 / 10:01 3844
-  A +

"Qalatasaray" futbolçusu Kostas Mitroğlu ilə yolları ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yunan hücumçu PSV-yə icarəyə göndərilib. Hollandiya təmsilçisinin icarə haqqı olaraq "Cim-Bom"a 1 milyon 250 min avro təzminat ödəyəcəyi bildirilib. "Qalatasaray"ın da K.Mitroğluna  1 milyon 950 min avro verəcəyi bildirilib.

Qeyd edək ki,  "Marsel"ə məxsus olan 31 yaşlı oyunçunun İstanbul klubu ilə 2020-ci ilin mayına kimi icarə müqaviləsi var idi.


Son xəbərlər