Dadaşov milliyə çağırıldı

Dadaşov milliyə çağırıldı
XƏBƏR 17 Avqust 2019 / 13:53 4273
-  A +

Almaniyanın "Proyssen Münster" klubunun hücumçusu Rüfət Dadaşov yenidən Azərbaycan millisinə dəvət alıb.

Qol.az-ın xəbərinə görə, bu barədə məlumatı klubun rəsmi Tvitter səhifəsi yayıb. 28 yaşlı hücumçu “Avro-2020”nin Uels və Xorvatiya ilə matçlarında heyətdə yer alacaq.
 
Qedy edək ki, millimiz sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq.


Son xəbərlər