"Qarabağ"ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasının ilk turunda "Keşlə" üzərində qazanılan 1:0 hesablı qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın xəbərinə görə, futbolçu İspaniya və Fransadan təklif alıb-almamasıyla bağlı suallara da aydınlıq gətirib.
- Mövsümün ilk oyunu idi. İlk 15 dəqiqə ərzində futbolçular açılışmamışdı. Bundan sonra qol epizodları yaranmağa başladı. Ancaq rəqibin də qol şansları oldu. Maraqlı oyun alındı. Qol epizodlarımızdan yalnız birini dəyərləndirə bildik.
- APOEL-dən aldığınız məğlubiyyət komandaya necə təsir edib?
- Qurban Qurbanov komandanı bir az motivasiya etdi. Bizim işimiz elədir ki, hər dəfə yeni oyunlara hazırlaşırıq. Ona görə də, nə sevinməyə, nə də üzülməyə vaxt olmur. Baş məşqçi də bunu çatdırırdı. Bu gün toparlanıb, qalib gəldik.
- “Keşlə” üzərindəki qələbə komandanı ayıldacaq?
- Bu gün “Keşlə”ni düşünürdük. “Keşlə” yox, Avropa Liqasında çıxış edən klub da olsaydı, öz bildiyimiz kimi hazırlıq keçəcəkdik. Artıq bu görüşü unudub, növbəti oyuna hazırlaşmalıyıq.
- APOEL-i niyə keçə bilmədiniz? Komandaya nə mane oldu?
- Bizim günümüz deyildi. Rəqibin çox qol epizodu olmadı. Üstün tərəf biz idik. Bəxtimiz gətirmədi.
- İspaniya komandalarından sonra Fransanın “Genqam” klubunun səninlə maraqlandığı iddia edilir. Bu transferi düşünürsən?
- Hələ ki, təklif barədə heç kimə demək istəmirəm. Qarşıda oyunlar var. Zaman keçdikcə hər şeyi öyrənəcəksiniz.
- Qurban Qurbanov “get” desə, Liqa 2-də oynayarsan?
- Fransa və İspaniyanın ikinci liqasının bizim çempionatdan güclü olduğunu düşünürəm. Ancaq burada Avropa Liqası və Çempionlar Liqasında oynayırıq. Bu nüansları da nəzərə almaq lazımdır. Yenə də məsləhətləşəcəm. Ora gedib, qalmaq düşüncəsi olmamalıdır. Daha da irəli gedə biləcəmsə, niyə də olmasın?!
- “Genqam” rəsmiləri səninlə görüşüb?
- Xeyr.
- Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaqsınız. Çoxları düşünür ki, “Qarabağ” mərhələni keçib. APOEL-lə görüş öncəsi belə fikirlər var idi. Bu, sizdə arxayınlıq yaratmır?
- Biz elə hiss etmirik. Azarkeşlər inanırsa, bu, dəstək olmaq deməkdir. Azarkeşlərin dəstəyi olandan sonra qələbə qazanmağa çalışacağıq.
- Şimali İrlandiya klubunu keçmək mümkündür?
- Müasir futbol elədir ki, istənilən rəqibi keçmək olar. “Ayaks” ötən mövsümün yarımfinalçısı olsa da, PAOK-la səfərdə 2:2 hesablı heç-heçə etdi. Bu, mənə görə sensasiyalı nəticədir. İndiki futbolda hər şey mümkündür (matc.az)
Bu dəfə onu “Real” istəyir
“Səbail” “Zaqatala”ya minimal hesabla qalib gəldi - Video
Kapitan “Bayer”lə oyunda PSJ-yə kömək edə bilməyəcək
Vinisius “Real”dan rekord məbləğdə maaş tələb edir
“Borussiya”nın müdafiəçisi “Liverpul”un transfer hədəfində
“Səbail” 3 xalı 1 qolla qazandı
AFFA Region Liqasında mövsümün püşkü atıldı
“Yuventus”un yeni hədəfi - Milan Şkrinyar
Premyer Liqada 12-ci turun oyun cədvəli açıqlandı
Maradonanı geridə qoydu
Paratiçi yenidən "Tottenhem"in idman direktoru oldu
2029-cu ilə qədər “Barselona”da
Misli Premyer Liqasında 11-ci tur "Zəfər turu" adlanacaq
Azərbaycan kubokunda oyunların vaxtı bilindi
Messi gənc futbolçular üçün turnir təşkil edir
AFFA baş məşqçini yenə cəzalandırdı - 4 oyunluq
İspaniya millisi 29 oyundur uduzmur
Donnarumma: "İtaliya DÇ-2026-da olacaq"
Futzal millimizin heyəti açıqlandı
Ayxan Abbasov onu millidən göndərdi - Qalmaqal