“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının açılış turunda “Dalğa Arena”da “Keşlə”yə 1:0 hesabı qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
- İlk oyunumuz göstərdi ki, çempionata hazır olmalıyıq.Qarşımızda çox sıx qrafik var. Bu bir ay bizim üçün ən ağır qrafik olacaq. Çünki həm çempionat, həm avrokubok matçları futbolçular üçün asan olmayacaq. Hazırda məni nəticədən çox oyunçuların sağlamlığı narahat edir. Bu gün bütün diqqətimiz bu oyuna idi. Futbolçularım qalib gəlməyi bacardılar, onları təbrik edirəm. Baxmayaraq ki, psixoloji gərginlik var idi. Düşünürəm ki, vacib qələbə oldu.
- “Linfild”lə oyuna 2 ciddi itki ilə çıxacaqsınız. Bu oyun həmin görüşdə boşluğu doldurmaq üçün nə material verdi?
- Əsas heyət üzvlərinin çoxunu meydana buraxmamışdım. APOEL-lə son görüşdə həddən artıq çox yorulmuşdular. Riçard və Rahili isə növbəti oyunu buraxacaqları üçün meydana buraxdım. Maksimi bu gün stopper kimi oynatdım, düşünürəm ki, pis alınmadı. Gənc oyunçumuz İsmayılın da ilk oyunu idi. Özünü əsas heyət oyunçusu kimi idarə edə bildi. Limitdə olan futbolçularımız var. İsmayılın qol vurması o demək deyil ki, daim o oynayacaq. Həm oyunçuların hazırlığına, həm də rəqibə baxacağıq.
- Mahir Emrelidən sonra bu gün Zubir haqda da transfer xəbərləri çıxıb. Bu, nə dərəcə doğrudur?
- Onunla bağlı heç bir rəsmi məlumat yoxdur.
- Düşünmürsünüz ki, çempionatda gənclərlə bağlı limit dəyişdirilməlidir?
- Biz də başda olmaqla çox çətinliklər çəkirik. Fayda verən futbolçular da olur. Amma bu bir həqiqətdir ki, çətinlik çəkirik. Əgər limitdən istifadə edirsənsə, bir mövqeyə 2-3 güclü futbolçu tapmaq çətin olur. Çünki bunun zədələnməsi, vərəqə alması var. Bəzən birini əvəzləyərkən iki dəyişiklik etməli oluruq. Əlavə güc sərf edirik.
- “Linfild”i analiz etmək imkanınız olub?
- Təxmini baxmışam. Sabahdan daha ciddi təhlil edəcəyik.
- Ötən mövsümün autsayderinin bugünkü çıxışını necə dəyərləndirərdiniz?
- Qol epizodları yaratdıqlarını siz də gördünüz. Ruslan Qurbanovu, Meza Kollini komandaya cəlb etmələri onların xeyrinədir. Həm təcrübəli, həm də nəticə verən oyunçuları var. Düşünürəm ki, pis transferlər etməyiblər.
"Barselona"dan böyükhesablı qələbə
İngiltərə Liqa kubokunun son yarımfinalçıları bilindi
"Zirə"nin 3 qollu qələbəsindən - Video
"Birinci hissə ağır keçdi" - Rəşad Sadıqov
"Çempionatın ən sərt komandasına qarşı oynadıq"
Azər Bağırov: "Yerli oyunçu sarıdan problemlərimiz var"
"Kəpəz" - "Səbail" matçında qalib bəlli olmadı - Video
Emreli Almaniyada növbəti oyuna çıxdı
Renat assist etdi, komandası qalib gəldi
"Zirə" - "Şamaxı": Heyətlər
Peres futbolçularının hərəsinə 900 min avro mükafat verib
"Onun yoxluğunun bizə ziyanı olacaq" - Azər Salahlı
"Kəpəz" - "Səbail": Heyətlər
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarına vəsiqə qazandı
Marko Rouz istefaya göndərildi
Simeone UEFA-nı günahlandırdı
Azərbaycan çempionatlarında yeni rekord
“Onun problemini nə sən bilirsən, nə mən, nə də özü” - Video
Mövsümdə ilk
İsko Mbappeni də qabaqladı
Messinin qolu "İnter Mayami"yə 3 xal gətirdi
Okan Buruk derbinin hakimini tənqid etdi
"Real"ın çətin qələbəsi - Video
2-ci liqada 7 oyunun vaxtı açıqlandı
PSJ-dən qol şousu
Ozan Can penaltini vura bilmədi, komandası kuboku itirdi
Qalmaqallı İstanbul derbisində "Beşiktaş" qazandı
Azərbaycan millisi Türkiyəyə uduzdu, mübarizəni dayandırdı
Diniyevin komandasından heç-heçə
Sumqayıtda 6 qol vuruldu - Video
AFFA rəhbərliyi Gəncə və Mingəçevirdə də olub - Şəkillər
"Futbolçulara özünəinam gəldi" - Vaqif Cavadov
"Müdafiədə daha yaxşı olmalıyıq" - Vasili Berezutski