"Oyun istədiyimiz kimi alınmadı. Rəqib bütövlükdə yenə müdafiə olundu. Əlbəttə, bugünkü məğlubiyyətdə özümü günahlandırıram. Məncə, komandama nəyisə çatdıra bilmədim ki, daha ürəklə döyüşsünlər".
Bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsraildə "Bney Yehuda"ya 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, çatışmayan cəhətləri dəyişmək lazımdır: "Təbii ki, pley-offa çıxmaq istəyirdik. Məqsədimiz hətta qrup mərhələsi idi. İlk iki mərhələdəki uğurlu çıxışdan sonra hər kəsdə inam da yaranmışdı. Oyunçulara tapşırmışdım ki, səbrli olsunlar. Buna rəğmən, qapımızdan erkən qol buraxdıq. Sonradan isə anlaşılmazlıqdan daha bir qol buraxdıq. Çalışırdıq ki, oyun istədiyimiz kimi getsin. Amma rəqib müdafiə olunur, boşluqlar buraxmırdı. Biz isə uzun ötürmələrdən yararlanmağa çalışırdıq. Amma bu, alınmadı. Bu, facidədir. Ancaq artıq Premyer Liqa start götürür. Bəzi dəyişikliklər etmək lazımdır".
Bordin komandasında hücumlar zamanı panika yaşamaları fikri ilə razılaşmayıb: "Qol buraxan komandanın dönüş yaratmaq istəyi normaldır. Biz də buna çalışırdıq. Mərhələ keçməmək üzücüdür. Buna çox inamım var idi. Çalışmalıyıq ki, özümüzü motivasiya edək və çempionata yaxşı başlayaq".
Baş məşqçi ilk matçla müqayisədə rəqibin daha dərindən müdafiə olunduğunu bildirib. O, Vangelis Platellas və Rəhman Hacıyevi cinahlardan asmalar etdiyi üçün irəli buraxdığını söyləyib (Report).
Nunu istefaya göndərildi
"Fənərbaxça"da daha bir ayrılıq
"Səbail" qanalı Mustafanı transfer etdi
Fransa millisinin sabiq üzvü Türkiyə klubunda - Rəsmi
Xabi Alonso ən yaxşı məşqçi seçildi
Onana "Trabzonspor"a keçdi
2-ci liqada oyunların saatı açıqlandı
"Hədəfimiz Bakıda qələbə qazanmaqdır" - Aleksandr Zinçenko
Naxçıvan stadionu ilə bağlı müsbət xəbər
Alfonso Dominqes 1/4 finala yüksəldi
"Bayer" yeni baş məşqçisini açıqladı
Andrey Şevçenko Bakıya gəldi - Foto
Azərbaycan millisinin heyətində dəyişikliklər
Santuşun Azərbaycana vida mesajı
"Ayaks"dan "Beşiktaş"a rədd cavabı
Türkiyə klubunda baş məşqçi ayrılığı
De Brüyne Hazardı geridə qoydu
"Qarabağ"ın rəqibinin oyunçusu diskvalifikasiya edildi
U-21 millimizi Bolqarıstanla oyuna o çıxaracaq
Ayxan Abbasovdan milli ilə bağlı açıqlama
"Yaxşı oyun göstərmək üçün gücümüz var"
Santuş istefaya göndərildi - Rəsmi