"Əvvəlcə 50 xal toplamalı, sonra hədəflərdən danışmalıyıq" - Eddi İsrafilov

"Əvvəlcə 50 xal toplamalı, sonra hədəflərdən danışmalıyıq" -  Eddi İsrafilov
ÖLKƏ FUTBOLU 15 Avqust 2019 / 14:58 3113
-  A +

"İnkişaf etməyə, böyüməyə, komanda yoldaşlarıma və məşqçilərə öyrəşməyə çalışıram".

Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Eddi İsrafilov yeni klubu "Albasete"nin rəsmi saytına açıqlamasında deyib.

Sequnda təmsilçisinə keçidi haqda danışan yarımmüdafiəçi yeni mövsümdə hədəfləri və azarkeşlər haqda da fikirlərini bölüşüb: "Əvəlcə 50 xal toplamalı, sonra hədəflər haqqında düşünmək lazımdır. "Albasete" azarkeşlərinin tələbkar olmağı çox xoşuma gəlir. Belə olan halda arxayınlaşmazsan və daha da inkişaf edirsən".

Xatırladaq ki, E.İsrafilov bu həftə Sequndanın digər təmsilçisi "Alkorkon"dan "Albaeste"yə keçib.

 

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi