"Şirin qələbə oldu" - APOEL-in futbolçusu

"Şirin qələbə oldu" -  APOEL-in futbolçusu
XƏBƏR 14 Avqust 2019 / 12:16 3976
-  A +

"Bugünkü kimi növbəti mərhələ oyunlarından da zövq alacağıq. İstər futbolçular, istərsə də rəhbərlik olsun, hamımız növbəti mərhələyə yüksələcəyimizə inanırdıq".

Qol.az xəbər verir ki, bu sözləri APOEL-in müdafiəçisi Nikolas Yannu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan (2:0) sonra Kipr mətbuatına açıqlamasında deyib.

24 yaşlı futbolçu Kiprdə 1:2 uduzduqları matçdan sonra inamlarını itirmədiklərini bildirib: "Qələbə ilə bizə qarşı isti münasibət yaranacağını bilirdik. Bu qələbə bizim üçün çox şirin oldu, hər kəsi təbrik edirəm".

Qeyd edək ki, APOEL pley-off mərhələsində "Ayaks"la qarşılaşacaq.

Daha çox


Son xəbərlər