“Qalatasaray”ın baş məşqçisi Fatih Terim komandadaxili intizam qaydalarını sərtləşdirib.
Qol.az-ın “Hürriyyət”ə istinadən yaydığı xəbərə görə, o, bütün mövsüm boyu futbolçuların oyundan əvvəl komandanın avtobusunda və paltardəyişmə otağında video çəkiliş aparmasına qadağa qoyub. Belə bir hüquq yalnız klubun mətbuat xidmətinin əməkdaşlarına verilib. “Qalatasaray”ın rəsmi sosial şəbəkə hesabları istisna olmaqla başqa heç kimin telefonla canlı yayım etməsi də yasaqlanıb.
Komandanın yeni transferi Rayan Babel də Yutub səhifəsində izləyicilərinə “Avtobusdan və matçdan sonra paltardəyişmə otağında video çəkə bilmirəm” mesajı verməklə bu məlumatı təsdiqləmiş olub.
"Karvan"da iki ayrılıq
Ronaldonun növbəti uğuru
"Çoxdandır ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov
U-21 yığmamızın Bolqarıstanla oyunundan - Video
Azərbaycan millisi DÇ-2026-da ilk xalını qazandı
Azərbaycan millisində tarixi rekord!
Rüdiger və Alabanı kim əvəz edəcək?
U-21 yığmamız Bolqarıstanla bərabərə qaldı
Ançelotti Rafinyaya istirahət verə bilər
“Fənərbaxça” yeni baş məşqçisini rəsmən açıqladı - Yenilənib