Mourinyonun yeni iş yeri – rəsmən açıqlandı

Mourinyonun yeni iş yeri – rəsmən açıqlandı
DÜNYA FUTBOLU 10 Avqust 2019 / 14:06 10268
-  A +

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, o, “Sky Sport” kanalının eksperlərindən biri olub. Məlumatı telekanalın rəsmi saytı yayıb. Mourinyo yeni iş yerində ekspert studiyasına ilk dəfə avqustun 11-də sabiq klubları olmuş “Mançester Yunayted” ilə “Çelsi” arasındakı matç zamanı çıxacaq.

Qeyd edək ki, Jozenin məşqçi kimi son iş yeri 2018-ci ilin dekabrında istefaya göndərildiyi “Mançester Yunayted” olub. O, ötən il keçirilən dünya çempionatı zamanı isə RT kanalında ekspert kimi çalışıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın