"Səbail"dən ayrılan futbolçular Kipr klubunda

"Səbail"dən ayrılan futbolçular Kipr klubunda
XƏBƏR 9 Avqust 2019 / 16:35 3621
-  A +

“Səbail”dən ayrılan Bilal Həmdi və Dilan Duventrunun yeni klubu məlum olub.

Qol.az xəbər verir ki, hər iki futbolçu Kiprin “Olimpiakos” klubuna keçib. Bu barədə Nikosiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onlarla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Bilal və Duventru bu yay “Zirə”dən “Səbail”ə keçmişdi. Klubda yaranan maliyyə problemi səbəbindən bir neçə gün əvvəl hər iki futbolçu komandanı tərk edib.

Daha çox


Son xəbərlər