“Neftçi”nin bugünkü oyununda da stadion dolacaq

“Neftçi”nin bugünkü oyununda da stadion dolacaq
XƏBƏR 8 Avqust 2019 / 12:00 4954
-  A +

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” – “Bney Yehuda” (İsrail) matçında stadionun tribunalarının tam dolacağı gözlənilir.

Klubdan Qol.az-a verilən xəbərə görə, dünən axşama qədər satışa çıxarılan biletlərin 8 mini satılmışdı. 11 minədək tamaşaçı tutumu olan arenaya yerdə qalan biletlərin də oyun başlayanadək satılıb qurtaracağı proqnozlaşdırılır.

Qedy edək ki, ikinci mərhələnin “Neftçi” - “Arsenal” matçı zamanı da tribunalar tam dolmuşdu.

Xatırladaq ki, “Neftçi” – “Bney Yehuda” görüşü Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.


Son xəbərlər
19.04.25  10:56

30-cu sülh

18.04.25  22:46

"Yamal Messi deyil"