"Qarabağ" "Boka Xuniors"dan qapıçı alır?

"Qarabağ" "Boka Xuniors"dan qapıçı alır?
ÖLKƏ FUTBOLU 7 Avqust 2019 / 09:40 7935
-  A +

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” daha bir qapıçı ilə maraqlanır.

Qol.az “TNT Sports”a istinadən xəbər verir ki, bu, Argentinanın “Boka Xuniors” klubunun qolkiperi Markos Diasdır.

Əsas heyətə düşməkdə çətinlik çəkən 33 yaşlı argentinalı qapıçının da Çempionlar Liqasında iştirak edən Ağdam klubuna keçməkdə maraqlı olduğu bildirilir. "Qarabağ"ın yaxın saatlarda qapıçı üçün rəsmi təklif göndərəcəyi qeyd olunub.

Dias bu ilin yanvar ayında "Boka Xuniors”la 1.5 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər