"Rəqibin oyuna nəzarət etmək bacarığını bilirdik. Oyuna yaxşı başladıq, onlara bizə yaxın oynamağa imkan vermədik. İkinci hissənin ilk 10-15 dəqiqəsində oyunu əldən verərkən hər şey çətinləşdi. Oynamağa fürsət tapa bilmədik və ikinci qolu da buraxdıq. Oyunçularım bunu dəf etmək üçün çox çalışdılar. Son dəqiqədə vurduğumuz qolu bəyəndim. Futbolçularıma inanıram və ora mübarizə aparmaq üçün gedəcəyik".
Qol.az-ın məlumatına görə, bu sözləri APOEL-in baş məşqçisi Paolo Trametsani Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları ilk matçdan sonra keçirilən mətbuat konfransında deyib.
"Hər zaman sistem haqda danışırsınız. Sizin fikrinizdir və buna hörmət edirik. Bizim üçün yaxşı olan sistemlə oynadıq. Qol buraxıb-buraxmayacağımızı heç vaxt bilə bilmərik. Futbolçuları tanıyıram və rahat hiss etdikləri sistemlə oynadıram. İlk hissədə hücumda olduq, ancaq şansları dəyərləndirə bilmədik. Bundan sonra rəqib əks-hücumlar etdi. Sürətli hücumlar təşkil edən komandaya qarşı oynamaq çətindir" - deyə o bildirib.
Trametsani buraxılan qola qədər oyuna nəzarət etdiklərini vurğulayıb: "Bu topa çox təəccübləndik və üzüldük. Futbolçularımla danışdım, onları təbrik etdim. Nəticəyə görə məsuliyyəti mən öz üzərimizə götürürəm. Sabahdan hazırlığa başlayacağıq. Xəyalımızın bitmədiyinə inanırıq".
O, cavab matçında hansı dəyişiklər edəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Düşünürəm ki, çox şeyi dəyişməyəcəyik. Bu axşam çoxlu qol şansı yaratdıq. Son zərbələrin üzərində çalışmalıyıq.Daha hazırlıqlı olmaq üçün ilk oyundakı təcrübələri sınaya bilərik. Çətin olacağını və futbolçularım əsəbi olduğunu bilirəm. Ancaq ötən ildən indiyə kimi nə qədər çalışdığımızı bilirəm. Avropada mübarizəni davam etdirəcəyimizə son saniyəyə qədər inanıram".
"Real"a Kurtua zərbəsi
Mançini Premyer Liqaya qayıdır?
“Neftçi”nin baş məşqçisindən Abubakar açıqlaması
“Neftçi” – “Araz-Naxçıvan” 2:2 - Video
“Xal qazandıq, yoxsa itirdik deyə bilmirəm” - Samir Abasov
Elmar Baxşıyev: “Qalib də gələ bilərdik”
Dibala “Roma”dan ayrılır?
“Sabah” 3 xalı 3 qolla qazandı - Video
“Belə məğlubiyyət bizə yaraşmadı” - Rəşad Sadıqov
Dambrauskas: “Dünyanın ən xoşbəxt məşqçisiyəm”
“Qarabağ”la oyundan əvvəl La Liqada xal itirdilər
“Neftçi” - “Araz-Naxçıvan”: Heyətlər
Gənc futbolçu qətlə yetirilib
Kloppa yeni iş verildi
"İnter Mayami" Messi ilə razılığa gəldi
Azərbaycan boksçularından uğurlu start
Noyer Mülleri geridə qoyub rekordçu oldu
"Sabah" - "Zirə": Heyətlər
Ronaldo 800-ə çatan ilk futbolçu oldu
Messi het-trik edib bombardir oldu
Azərbaycan çempionatları tarixində 2-ci dəfə
"Layiq bilsələr, milliyə dəvət edəcəklər" - Mehdi Cənnətov
Sanenin dublu, "Qalatasaray"ın qələbəsi - Video
"Qarabağ"ın bombardirlər siyahısında 2-ci yerə yüksəldi
Hidayət və daha üç cüdoçumuzdan qızıl medal
Avroliqanın qalibi cəmi 40 gün işlədi
"Bavariya" "Borussiya"ya qalib gəldi
Abubakar Bakıda - Video+Şəkillər
“Çelsi”, “Mançester Siti” və “Arsenal”dan qələbə