“Liverpul”un müdafiəçisi Vircil Van Deyk transfer bazarında ən bahalı müdafiəçi olan Harri Maquayr haqqında fikirlərini acıqlayıb.
Qol.az xəbər verir ki, hollandiyalı oyunçu “The Guardian” nəşrinə müsahibəsində bunları deyib: “İlk olaraq ona uğurlar arzulayıram. Mövcud vəziyyətdə mən nəsə deyə bilmərəm, zaman oyunçunun bu qiymətə layiq olub-olmadığını göstərəcək. Qiymət sadəcə göstəricidir. Çünki bu, transfer bazarıdır. Bundan əlavə transfer bazarında bu cür rəqəmlər oyunçu üzərində təzyiq yaradır. Amma İngiltərə Premyer Liqasında üstəlik top 5 klublardan olan “Mançester Yunayted”də çıxış edirsənsə, bu təzyiqlərə hazır olmalısan”.
Qeyd edək ki, Harri Maquayr 80 milyon funt sterlinqə “Lester”dən “qırmızı şeytanlar”a transfer edilib. Bununla da o, ən bahalı müdafiəçi olub. Bu transferə qədər isə rekord 75 milyon funt sterliqlə Van Deykə məxsus idi.
"Sumqayıt"dan mövsümə əla başlanğıc - Video
"Sumqayıt" "Kəpəz"ə böyük hesabla qalib gəldi
“Arsenal” “Old Trafford”da qələbə qazandı
"Nyukasl" yeni transferini açıqladı
"Mançester Yunayted"in yetirməsi "Hall Siti"də
"Sumqayıt" - "Kəpəz": Heyətlər
"Sanderlend" PSJ-dən onu transfer etdi
“Qarabağ” düşərgəsindən yeni xəbər
"Brentford" onu rekord məbləğə aldı
"Kəpəz"dən iki transfer, üç yeni müqavilə
De Xea “Mançester Yunayted”ə qayıda bilər
Ozobiç üçün əlamətdar oyun
"Kəpəz" kapitanlarını açıqladı
UEFA Superkubokunu idarə edən hakim "Qarabağ"ın oyununda
“Etdiyim jest dinlə bağlıdır” - Emin Mahmudov