Bank Respublika ilə “Sabah” Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, “Sabah” FK-nın Premyer Liqada mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə keçirdikləri bütün oyunlarda üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər.
Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən “Bank Respubika Arena” adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.
“Azərbaycan futboluna investorların və sponsorların gəlişi müsbət haldır. Ötən il “Bank Respublika” ilə sponsorluq müqaviləsi imzaladıq. Bu il isə bankla yeni müqavilə bağladıq. Yeni mövsümdən ev oyunlarımızı keçirdiyimiz stadion “Bank Respublika Arena” adlanacaq. Bu da onu göstərir ki, ötən mövsümkü əməkdaşlıq özünü tam doğruldub və aramızdakı bağlar daha da möhkəmlənib. Fikrimcə, bu anlaşma “Bank Respublika” ilə əməkdaşlığımızda yeni səhifənin başlanğıcı olacaq. Ümid edirəm ki, gələcəkdə bu cür anlaşmalar nəinki bizim klubda, həmçinin Azərbaycan futbolunda mütəmadi hal alar” - deyə Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov qeyd edib.
"Biz inanırıq ki, “Sabah” FK ilə olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir. Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin “Bank Respublika Arena” adlanması, Bankımızın Azərbaycan futboluna olan dəstəyin növbəti göstəricisi olacaq" - deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.
Ağlasığmaz təklif
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”
Mixal Bilek: “Azərbaycan millisi çox müdafiə olunacaq”
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi
"Qarabağ" - "Kəpəz": Heyətlər
“Mançester Yunayted”dən Amorim qərarı
Mahir Emreli yenə heyətdən kənardadır
"Araz-Naxçıvan"ın futbolçusu Moldova millisində
Azərbaycan boksçusu Avropa çempionatının 1/4 finalında
Xavinin DÇ-2026 üçün favoritləri
"İnanıram ki, orada penalti var idi" - Brahim Konate
Amorim: "Hamı üçün əlçatmaz olan səviyyəyə yüksələcəyik"
Dünyanın 2-ci ən bahalı oyunçusu “Barselona”nın hədəfində
“Görsünlər ki, Azərbaycanda futbol da var, futbolçu da”
“Benfika”nın başı üzərini qara buludlar alıb - İndi də…
"Mançester Siti" onunla müqaviləni uzatdı
“Trabzonspor”dan darmadağın - Video
Rüfət Abdullazadə bir hissə oynadı
“Cəbrayıl” 3 xalı 4 qolla qazandı - Video
Azərbaycan medal sıralamasında gerilədi - III MDB Oyunları
“Barselona” Yamalsız qaldı
“Zirə” və “Neftçi”dən dramatik bərabərlik – 2:2 - VİDEO