“Keşlə”də paraqvaylı hücumçu

“Keşlə”də paraqvaylı hücumçu
ÖLKƏ FUTBOLU 4 Avqust 2019 / 20:20 4439
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan “Keşlə” heyətinə daha bir futbolçu cəlb edib.

Klubdan Qol.az-a verilən məlumata görə, paraqvaylı hücumçu Lorenso Rodriqo Furtos hazırda komandanın düşərgəsindədir.

30 yaşlı hücumçu bu gün Türkiyənin 3-cü liqa  təmsilçisi "Batman Petrolspor"la keçirilən yoxlama görüşündə (2:0) qol vurub. Onunla komanda Bakıya qayıtdıqdan sonra müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Furtos yanvar ayından çıxış etdiyi Kolumbiyanın  "Deportivo Lara" klubunda 10 oyuna 2 qol vurub.

Daha çox


Son xəbərlər