Mandzukiç "Mançester Yunayted"lə razılığa gəldi

Mandzukiç "Mançester Yunayted"lə razılığa gəldi
DÜNYA FUTBOLU 4 Avqust 2019 / 17:28 4362
-  A +

“Yuventus”un hücumçusu Mario Mandzukiç “Mançester Yunayted”ə keçməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə  “La Gazsetta dello Sport” məlumat yayıb.

Xorvatiyalı forvardın “mankunyanları”n təklifini qəbu etdiyi bildirilir. Onunla 2 illik müqavilə imzalanacağı və illinə 6 milyon avro qazanacağı iddia olunur.

Qeyd edək ki, 2015-ci ildə “Atletiko”dan Turin klubuna keçən Mandzukiç ötən mövsüm A Seriyasında 25 oyuna 9 vurub, 6 məhsuldar ötürmə edib. Onunla "Everton" və "Bavariya" da maraqlanır.

Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq

05.07.25  10:06

Hara gedirsən, Benzia?