"Barselona" Rakitiçi göndərir

"Barselona" Rakitiçi göndərir
DÜNYA FUTBOLU 30 İyul 2019 / 12:55 3815
-  A +

“Barselona” yarımmüdafiəçisi İvan Rakitiçi satmağa hazırlaşır.

Qol.az İspaniyanın "Diario Sport” nəşrinə istinadən xəbər verir ki, futbolçu ilə “Mançester Yunayted”  yaxından maraqlanır.

Baş məşqçi Ernesto Valverde də xorvatiyalını bu yay transfer pəncərəsi müddətində satmağın tərəfdarıdır. İspan mütəxəssis Rakitiçi göndərməklə yeni transfer Frenki De Yonqa şans vermək niyyətindədir.

Rakitiçlə Milan “İnter”i də maraqlanır. Kataloniya təmsilçisi isə futbolçunun transfer dəyərinin 50 milyon avro olduğunu bildirib.

Qeyd edək ki, Xorvatiya milllisinin üzvü 2014-cü ildə "Sevilya"dan "Barselona"ya keçib.


Son xəbərlər