"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İspaniyada mükafatlandırılıb.
Qol.az xəbər verir ki, portuqaliyalı hücumçu "Marca" qəzetinin təsis etdiyi "Əfsanə" mükafatına layiq görülüb. Bu mükafat idmançının karyerası zamanı ümumi nəaliyyətlərinə görə verilir.
Mükafatlandırma mərasimində 34 yaşlı oyunçunun agenti Jorje Mendeş və sabiq klubu "Real"ın prezidenti Florentino Peres də iştrak edib. Tədbirdə klub rəhbərinin Ronaldo ilə qucaqlaşması da diqqətdən yayınmayıb.
Mərasim zamanı Ronaldo deyib: "Bu mükafatı muzeyimə fəxrlə qoyacağam. Madrid mənim üçün xüsusi şəhərdir. Mən çoxlu səyahət edirəm, amma bu cür şəhər dünyada azdır. Mükafatı əsasən, "Real"dakı çıxışım sayəsində qazandım. Bu, ispan mükafatıdır. Buna layiq görülmək mənim üçün şərəfdir. Bunu əldə etmək üçün mənə kömək edən hər kəsə təşəkkür edirəm Tezliklə Madridə qayacağıma ümid edirəm".
Qeyd edək ki, "Marca" bu mükafatı 1997-ci ildən verir. Daha əvvəl onu Lionel Messi , Dieqo Maradona, Maykl Felps, Mixael Şumaxer, Maykl Cordan, Pau Qazol və başqaları qazanıb.

Juninyo bu kluba satılır
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu
Azərbaycan boksçusu dünya çempionu oldu
“Çelsi” bu dəfə niderlandlı futbolçunu hədəfə aldı
"Məğlubiyyətdən nəticə çıxaracağıq" - Rəşad Sadıqov
Zidan "Real"a qayıdacaq, ya yox?
"Turan Tovuz" - "Sabah": Heyətlər
Arda Gülerin bazar qiyməti 60 milyon avro artıb
"Şamaxı" - "Zirə": Heyətlər
“Qalatasaray” Rüdigeri transfer etmək istəyir
Luiş Kastronun yeni klubu açıqlandı
Rüstəm Əhmədzadə: “Dava olan tərəfə heç getmədim"
“Son illərin ən istedadlı oyunçusu sənsən, Nəriman!” - Video