"Sumqayıt" Türkiyə Superliqası təmsilçisi ilə heç-heçə etdi

"Sumqayıt" Türkiyə Superliqası təmsilçisi ilə heç-heçə etdi
ÖLKƏ FUTBOLU 29 İyul 2019 / 19:56 5437
-  A +

Ankarada təli-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az məlumatına görə, Ayan Abbasovun komandası qardaş ölkədəki 4-cü sınağında Türkiyə Superliqası təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, ,"Sumqayıt" bundan əvvəl "Petrolul"la (Rumıniya) heç-heçə (2:2) edib, "Ahal"a (Türkmənistan) qalib (1:0) gəlib, "Diyarbekirspor"a (Türkiyə) isə məğlub (0:1) olub.

29 iyul

18:00. "Sumqayıt" - "Gənclərbirliyi" - 1:1
Qollar:
Zarqo Ture, 31 (0:1), Amil Yunanov, 46 (1:1)

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır