Oyunlar yalnız şənbə və bazar günü olacaq - La Liqada

Oyunlar yalnız şənbə və bazar günü olacaq -  La Liqada
DÜNYA FUTBOLU 26 İyul 2019 / 16:05 4679
-  A +

İspaniya La Liqasında 2019-20 mövsümü ilə bağlı yenilik tətbiq edilib.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası çempionat oyunlarının yalnız həftənin şənbə və bazar günləri keçirilməsinə qərar verib. Cümə və bazar ertəsi oyun keçirilməsi qadağan edilib.

Yeni qərar mövsümün açılış matçına təsir edib. "Atletik"lə "Barselona" arasında avqustun 16-na təyin edilən oyun 17-nə keçirilib. Görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda