"Neftçi"yə qarşı oynamayacaq

"Neftçi"yə qarşı oynamayacaq
XƏBƏR 25 İyul 2019 / 12:28 2817
-  A +

Tula "Arsenal"ının futbolçusu Evans Kanqva Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə ilk oyunu buraxacaq.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş məşqçisi İqor Çerevçenko məlumat verib. O, zədəli olan 25 yaşlı hücumçunun müayinə üçün Almaniyaya getdiyini bildirib.

Qeyd edək ki, "Arsenal" - "Neftçi" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.


Son xəbərlər