"Qarabağ"ın futbolçuları Miçel və Filip Ozobiç Çempionlar Liqasının ikinci təsnifat mərhələsində bu gün keçiriləcək "Dundalk"la oyunu buraxacaqlar.
Qol.az-ın məlumatına görə, buna səbəb Miçelin dizindən zədələnməsi, Ozobiçin isə əzələsini dartmasıdır. Xorvat yarımmüdafiəçi üç gün əvvəl, ispan yarımmüdafiəçi isə dünən zədələnib. Komandanın digər legioneri Dani Kintananın da zədəsi var. ÇL-in 1-ci təsnifat mərhələsində "Partizani" ilə cavab görüşünün ertəsi günü sıradan çıxan Kintananın isə bugünkü matçda iştirakı isə sual altındadır.
Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov da zədə səbəbindən İrlandiya klubu ilə görüşdə oynamayacaq.
Xatırladaq ki, "Dundalk" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Levandovski karyerasında 700-cü qolunu vurdu
Masazırda vurulan qollar - Video
"Bu qədər hörmətsizlik heç yerdə görməmişəm" - Dambrauskas
"Sabah" bizdən qat-qat güclü idi" - Saşa İliç
Masazırda heç-heçə, "Turan Tovuz"dan qələbə
"Turan Tovuz"un böyükhesablı qələbəsindən - Video
Misli Premyer Liqasında oyun dayandı
"Ciddi səhv etmədən oynadılar" - Kurban Berdıyev
"Namizədliyimi irəli sürmürəm" - Xaliq Mərdanov
"Sabah" - "Sumqayıt": Heyətlər
Karvaxal: "Özümüzü ilk olaraq biz tənqid edirik"
"Mançester Siti"dən Səudiyyə Ərəbistanına
"Real" kapitanını itirdi
"Turan Tovuz" - "Kəpəz": Heyətlər açıqlandı