"Qəbələ" haqqında məlumatımız var. Bilirik ki, onlar çox döyüşkən və Avropa Liqasında təcrübəsi olan komandadır".
Bunu Gürcüstanın "Dinamo" komandasının baş məşqçisi Feliks Visente Miranda "Qəbələ" ilə keçirəcəkləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis "Qəbələ"nin bütün mövqelərdə güclü olduğunu söyləyib: "Biz onlara qarşı matçlarda əsasən standart vəziyyətlərdə diqqətli olmalıyıq. Komandanın heyətində Fernan Lopes yaxşı oyunçulardandır. Deyə bilərəm ki, sabah bizi çox çətin və gərgin bir oyun gözləyir".
İspaniyalı məşqçi "Qəbələ"nin Tiflis təmsilçisini 5 il öncə Avropa Liqasında mübarizədən kənarlaşdırdığını xatırladıb: "Bu fərqli bir dövrdür. Rəqibin güclü olduğunu bilirik. Amma biz də sabahkı görüşün əhəmiyyətini dərk edirik. Qarşılaşmaya həddindən artıq motivasiyalı hazırlaşmışıq. Rəqibimizi tanıyırıq və onları analiz etmişik. Bizdə revanş hissi yoxdur. Belə şeylər haqqında düşünmürük. Bizim üçün önəmli olan sabahkı matçı fikirləşməkdir. Başqa hissləri bu oyuna qatmaq istəmirik".
V.Miranda komandaya qoşulan yeni oyunçulardan razı olduğunu da diqqətə çatdırıb: "Biz sadəcə "Qəbələ" ilə matça köklənmişik. Transferlər barədə düşünmək niyyətində deyilik".
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" matçı iyulun 25-də saat 19:00-da başlayacaq. Cavab oyunu bir həftə sonra Tiflisdə olacaq (Report).
Messinin ən hündür heykəli ucaldıldı
“Səbail” “Difai”ni belə məğlub etdi - Video
“Liverpul” Salahı onunla əvəzləməyə hazırlaşır
Konfrans Liqası matçı öncəsi azarkeş qarşıdurması
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
"Arsenal" böyük klubların hücumçuları ilə maraqlanır
ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu
Yüksək Liqada 10-cu turun oyunları keçirildi
Fransa klubu baş məşqçisini istefaya göndərdi
"Lənkəran" klubunun şikayəti təmin edilmədi
Komanda uduzdu, azarkeşləri stadionu yandırdı
Təxirə salınan oyunla bağlı qərar açıqlandı
“Neftçi”nin sabiq futbolçusu yenidən Rusiya klubunda
Abubakarı millidən uzaq salan Eto'Odur? - Şok iddia
Millini Rafael Markes çalışdıracaq
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
"Oğlum Yadullanın müsibəti heç belə olmamışdı"
Misli Premyer Liqasında həftənin hakimləri
Bakıda "Ayaks"a möhtəşəm dəstək - Video
Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşdi
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Rui Patrisiu karyerasını başa vurdu
“Real” Xabi Alonsonu istefaya göndərmir
"Əvəzetmələrə qarışmasam, yaxşı olar" - Elvin Cəfərquliyev
Azərbaycanın üç boksçusu dünya çempionatının yarımfinalında
Vasili Berezutski bu klubu çalışdıracaq - Rəsmi
Futzal millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq
Xabi Alonso “Real”dakı gələcəyi ilə bağlı danışdı
ÇL-də “pley-off”u təmin edən ilk 5 komanda onlar oldu
"Mançester Siti"nin "Santyaqo Bernabeu" zəfəri - Video
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
"Mançester Siti" "Real"a, "Benfika" "Napoli"yə qalib gəldi
"Qarabağ" "Ayaks"a belə uduzdu - Video
Qurban Qurbanov: "Özüm də bilmirəm, Nəriman haqda nə deyim"
“Qarabağ” - “Ayaks” matçının ən yaxşı oyunçusu müəyyənləşdi
"Qarabağ"dan acınacaqlı məğlubiyyət