Tuheldən Neymar açıqlaması

Tuheldən Neymar açıqlaması
DÜNYA FUTBOLU 22 İyul 2019 / 10:55 4436
-  A +

PSJ-nin baş məşqçisi Tomas Tuhel komandadan ayrılcağı iddia edilən Neymarın klubdakı gələcəyi ilə bağlı danışıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis braziliyalı hücumçunun gedişinin tərəfdarı olmadığını deyib. O, futbolçunun komanda ilə birgə Çinə gedəcəyini bildirib:

“Neymar bizimlə birlikdə mövsümöncəsi hazırlıq üçün Çinə gedəcək. O, komanda ilə məşqlərə başlamaq üzrədir. Keçən həftə bəzi testlər edildi və hazırda vəziyyəti yaxşıdır. Neymarın komandada qalmasını istəyirəm. Transfer dövründə hər şey ola bilər, amma o, hazırda mənim futbolçumdur”.

Qeyd edək ki, Neymarın “Barselona”ya keçmək istədiyi haqda xəbərlər yayılıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı