Xames "Atletiko"ya keçə bilər - "Real" razılıq verdi

Xames "Atletiko"ya keçə bilər - "Real" razılıq verdi
DÜNYA FUTBOLU 20 İyul 2019 / 22:58 3292
-  A +

"Real" Hames Rodriqesi "Atletiko"ya buraxmağa hazırdır.

Qol.az-ın "Marca" nəşrinə istinadən yaydığı xəbərə görə, "kral klubu" kolumbiyalı yarımmüdafiəçinin əzəli rəqibə keçidinə mane olmayacaq. "Real" 28 yaşlı futbolçunun transferindən 40 milyon avro gəlir götürmək istəyir. Klub rəhbərliyi bu yolla həm də "Mançester Yunayted"dən Pol Poqbanı almaq üçün maliyyə vəsaiti əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Xames ötən mövsümü icarə əsasında "Bavariya"da keçirib.


Son xəbərlər