"Atletiko" müdafiəçi aldı - rəsmi

"Atletiko" müdafiəçi aldı - rəsmi
DÜNYA FUTBOLU 17 İyul 2019 / 21:11 2685
-  A +

"Atletiko" növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi "Tottenhem"in müdafiəçisi Kiran Trippieri heyətinə cəlb edib. 28 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun 22 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, Trippier ötən mövsüm 38 matçda 1 qol vurub, 5 qolun ötürməsini verib.


Son xəbərlər