"Zirə"dən növbəti transfer - Rəsmi

"Zirə"dən növbəti transfer - Rəsmi
ÖLKƏ FUTBOLU 16 İyul 2019 / 16:55 4452
-  A +

"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Soni Norde ilə anlaşıb. Haitili hücumçu ilə 1 illik müqavilə bağlanılıb.

29 yaşlı futbolçu bundan öncə “Boka Xuniors B” (Argentina), “San Luis B” (Meksika), “Altamira” (Meksika), SRKC (Banqladeş), “Mohun Baqan” və “Mumbay Siti” (hər ikisi Hindistan) klublarında çıxış edib.

Qeyd edək ki, "Zirə" buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov, Boyan Zaqoviç və Miloş Bakraçı transfer edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı