"İlk oyundakı kimi hücum edəcəyik və hücumda daha yaxşı oynasaq, bizdə hər şeyin alınacağına inanıram. Topa nəzarəti itirmək olmaz. Səfər oyununa daha güclü "Partizani" gedir. Biz növbəti mərhələyə yüksələcəyimizə inanırıq. Tiranadakı matçda hər kəs güclü və çətin komanda olduğumuzu gördü".
Qol.az-ın məlumatına görə, bu sözləri "Partizani"nin futbolçusu Bruno Telyuşi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la cavab oyunu öncəsi Albaniya mətbuatına deyib.
O, penaltilər seriyasına hazır olduqlarını söyləyib: "Penaltilər seriyası üçün də hazırlaşmışıq. Ancaq böyük ehtimalla, hər şey 90 dəqiqə ərzində həll ediləcək".
Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Albaniyadakı ilk qarşılaşmada hesab açılmayıb.
"Bavariya" Noyeri itirdi
"Milan"da yeni müqavilə
Messinin rekordunu qırdı
Zubirin yubiley oyunu
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi