"Fənərbaxça"dan La Liqa klubuna

"Fənərbaxça"dan La Liqa klubuna
DÜNYA FUTBOLU 15 İyul 2019 / 16:04 4565
-  A +

Bu yay "Fənərbaxça"dan ayrılan Roberto Soldadonun yeni komandası müəyyənləşib.

Qol.az xəbər verir ki, ispaniyalı hücumçu karyerasını vətənində davam etdirəcək. 34 yaşlı forvard La Liqa təmsilçisi "Qranada" ilə anlaşıb. Məlumatı klubun rəsmi saytı yayıb. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Fənərbaxça"da keçirdiyi iki mövsüm (2017-2018, 2018-2019) ərzində 59 oyunda meydana çıxan Soldado 19 qol vurub, 9 məhsuldar ötürmə edib.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı